Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir

Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.
ASK
22 Noyabr , 2019 16:15
Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Nazirlik və Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, 17 müxtəlif mövzu üzrə layihələri qəbul edir.

Əlaqələndirici şəxs: Musa Əhmədov. Tel: (055) 620 22 34 

Son xəbərlər

Orphus sistemi