FAO Azərbaycanda yeni layihənin icrasına başlayır

FAO Azərbaycanda yeni layihənin icrasına başlayır FAO Azərbaycanda yeni layihənin icrasına başlayır
ASK
510
4 Avqust , 2020 09:41
FAO Azərbaycanda yeni layihənin icrasına başlayır
FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak

Azərbaycanın şimal-qərb bölgəsində ərzaq dəyər zəncirlərinin yaradılmasını dəstəkləyəcək yeni layihənin icrasına başlanılır. 

 Bu barədə "Report"a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  Azərbaycandakı nümayəndəliyindən bildirilib. 

Məlumata görə, “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi sabah tərəfdaşların onlayn görüşündə təqdim ediləcək.

Görüşdə Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və bir sıra beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və Nazirliyin alt qurumlarının, hədəf rayonların(Qax, Zagatala, Balakən) İcra Hakimiyyətinin nümayəndələrinin, kənd təsərrüfatı məhsul istehsalçıları assosiasiyalarının, özəl şirkətlərin nümayəndələri və layihənin əməkdaşları iştirak edəcəklər. Görüş sosial şəbəkə vasitəsilə canlı yayımlanacaq. (https://www.facebook.com/events/977021076063560/)

Bundan əlavə görüşə iştirakçı qismində qatılmaq istəyənlər bu link (https://bit.ly/2DoNEil) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Zaqatala, Qax və Balakən rayonlarını əhatə edəcək layihənin əsas məqsədlərindən biri bu regionu ölkədə tanınan və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dəyər zəncirlərinin yaradılmasına dəstək verən bir region olaraq tanıtmaqdır. Görüşdə həmçinin Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin kənd yerlərində yaşayan ailələrin rifahına təsiri də müzakirə olunacaq.

“Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqının maliyyəsi dəstəyi və FAO-nun dəstəyi ilə həyata keçirilir.

Orphus sistemi