Oğuzda heyvanlar kütləvi zəhərlənib

Oğuzda heyvanlar kütləvi zəhərlənib Oğuzda heyvanlar kütləvi zəhərlənib
ASK
19 Sentyabr , 2020 13:58
Oğuzda heyvanlar kütləvi zəhərlənib

Oğuz rayonunun Tərkeş kəndində heyvanların tələf olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə (AXA) müraciət daxil olub.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, Agentliyin nümayəndələri operativ reaksiya verərək hadisə baş verən təsərrüfatda olub, baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər.

Ölmüş heyvanların daxili orqanlarından və möhtəviyyatından, ərazidəki ot bitkilərindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilib. Heyvanlara ilkin baytarlıq yardımından sonra zəhərlənmənin qarşısı alınıb. Təsərrüfat sahiblərinə heyvanların saxlanılması və bəslənilməsinə dair tövsiyələr verilib.

Hazırda zəhərlənmiş heyvanların müalicəsi davam etdirilir. Təsərrüfatda vəziyyəti nəzarətdə saxlamaq üçün yerli baytar mütəxəssislər müvafiq tapşırıqlar alıblar.

Son xəbərlər

Orphus sistemi