Bakı. 25 fevral. REPORT.AZ/
Bu barədə “Report”a “Aqrolizinq”dən bildirilib.
Məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə güzəştli şərtlərlə azot gübrəsi əldə edirlər.
Mövsüm başa çatmamış fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədi ilə regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz rayonlarından start verilib. İlk səyyar satış fevralın 22-də Şəkinin Aşağı Göynük kəndində, fevralın 23-də isə Oğuzun Xaçmaz kəndində həyata keçirilib. Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Məişət Evinin qarşısında həyata keçirilən satış axşam saatlarınadək davam edib. Səyyar satış zamanı ümumilikdə 131 müraciət qeydə alınıb, 124 nəfər Xaçmaz və ətraf kəndlərin sakinlərinə 62,5 ton azot gübrəsinin satışı həyata keçirilib.