Neftçala Sənaye Məhəlləsinin rezidenti İraqa və Qazaxıstana balıq yemi ixrac etmək istəyir

ASK
  • 14 avqust, 2025
  • 16:02
Neftçala Sənaye Məhəlləsinin rezidenti İraqa və Qazaxıstana balıq yemi ixrac etmək istəyir

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Neftçala Sənaye Məhəlləsinin rezidenti “KƏHF” MMC İraq və Qazaxıstana balıq yemi ixracı ilə bağlı danışıqlar aparır.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Şirkət 2022-ci ildən 2025-ci ilin I yarısının sonuna qədər Özbəkistana və Qırğızstana 1200 tondan çox balıq yemi ixrac edib. Bu, Azərbaycanın həmin ölkələrə satdığı ilk balıq yemidir.

İnvestisiya dəyəri 12 milyon manatdan çox olan müəssisə Azərbaycanda balıq yemi istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Avstriya və Türkiyənin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisənin illik gücü 35 min ton balıq yemi, 10 min ton isə heyvan yemi istehsalı təşkil edir. Zavodda 20-dən çox daimi iş yeri yaradılıb.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu müəssisəyə 5,9 milyon manat güzəştli kredit ayırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti