Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində qeydə alınan müraciətlərin sayı açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində qeydə alınan müraciətlərin sayı açıqlanıb Bakı. 29 yanvar. REPORT.AZ/2018-cı il ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 11 074 müraciət qeydə alınıb.
ASK
29 Yanvar , 2019 10:37
Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində qeydə alınan müraciətlərin sayı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 29 yanvar. REPORT.AZ/2018-cı il ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 11 074 müraciət qeydə alınıb.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, müraciətlər əsasən nazir İnam Kərimovun respublikanın regionları üzrə ayrı-ayrı rayonlarda keçiriləcək qəbullarda iştirak etmək, kənd təsərrüfatı məhsullarının satılmasına köməklik göstərilməsi, Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən təşkil edilən yarmarkada iştirak etmək və “Kənddən şəhərə” layihəsi ilə əməkdaşlıq etmək, arı ailələrinə görə subsidiyaların verilməsi, iri buynuzlu mal-qara arasında aparılmış süni mayalanma nəticəsində doğulan hər buzova görə subsidiya ödənilməsi, güzəştli kreditlərin verilməsi, damazlıq heyvanların lizinqi, yeni texnika alınması, pambıq yığımının başa çatdırılması, daşınması və təhvil verilmiş pambığa görə ödənişlərin verilməsi, gübrələrin güzəştli satışı, taxılçılıq təsərrüfatlarının kombaynlarla təmin olunması, AMAL layihəsi ilə əməkdaşlıq, Aqrar könüllülərə qoşulma və digər məsələlərlə bağlı olub.

“Çağrı Mərkəzinə daxil olan müraciətlər qanunauyğun qaydada cavablandırılıb və hər bir müraciət üzrə müvafiq izahat işləri aparılıb. Həmçinin, müraciətdə qaldırılan məsələlərin araşdırılması və qısa müddətdə həll olunmasını təmin etmək məqsədi ilə vətəndaşlar Nazirliyin müvafiq struktur bölmələri və tabeli qurumları ilə əlaqələndirilib. Nazirliyin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyəti orqanlara yönləndirilib”, - deyə Nazirliyin məlumatında qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi