Nazirlik: Taxıl sahələrinin 63 %-də biçin başa çatıb
ASK
- 04 iyul, 2024
- 06:38
Bu günə qədər ölkə üzrə taxıl sahələrinin 62,8 %-də biçin başa çatıb.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, mexanizatorlar 635 646 hektar sahədə biçin aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 844 hektar artıqdır.
Arpa sahələrinin 86,4 %-də, buğda sahələrinin isə 45,7 %-də biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir.
Zəmilərdən bu günə qədər 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.
Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunun 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.
Son xəbərlər
17:47
KPMG: Mərkəzi Asiya və Qafqaz şirkətləri AI-nin tətbiqində qlobal biznesi iki dəfə qabaqlayır
İKT17:42
Zelenski: Makron "Patriot" sistemləri üçün raketlərin alınmasında Ukraynaya kömək etməyə hazırdır
Digər ölkələr17:36
Sabunçuda evdən 10 min manatlıq oğurluq olub
Hadisə17:28
Krasnodar diyarında PUA hücumu zamanı ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr17:26
"Gəncə" amerikalı basketbolçu Mitçel Lataviusu transfer edib
Komanda17:22
Mikayıl Cabbarov: "Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi üçün geniş imkanlar var"
Biznes17:15
"Atalanta" Şimali Makedoniya yığmasının futbolçusu Elif Elması icarəyə götürdüyünü açıqlayıb
Futbol17:02
Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
Sənaye16:48