Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 85 %-i suvarılan torpaqlardan götürülür

Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 85 %-i suvarılan torpaqlardan götürülür Azərbaycanda ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 %-i suvarılan torpaqlardan götürülür.
ASK
17 May , 2022 12:12
Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 85 %-i suvarılan torpaqlardan götürülür
Firudin Tağıyev

Azərbaycanda ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 %-i suvarılan torpaqlardan götürülür.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 135 su anbarı var ki, onların da ümumi su tutumu 21,5 milyard kubmetrdir: "Su ehtiyatlarının qorunması ölkədə ali səviyyədə tam nəzarətdədir".

F.Tağıyevin sözlərinə görə, Azərbaycanın şirin su ehtiyatlarının əksər hissəsi xaricdə formalaşır:

"İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 17 çay var ki, bu çayların da su ehtiyatları böyükdür. Rəsmi torpaq balansına əsasən çoxillik əkmələrlə birlikdə bizim ümumi əkin sahəmiz 2 milyon hektardan artıqdır. Bunun isə 1,5 milyon hektarı suvarılan ərazilərdir. Suvarılan torpaqların 77,5 %-i əkin, 8,6 %-i çoxillik əkmələr və 13,9 %-i isə örüş, həyətyanı və s. bu kimi sahələrdir".

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə müasir suvarma sistemlərinin tətbiqi çox aşağı səviyyədədir:

"Su ehtiyatlarının qiymətləndirilməsi üzrə təkmil su balansı və uçotu sistemi yoxdur. Amma hazırda bu istiqamətdə iş gedir. Hazırda qurumlar arası ESTİS (Elektron Su Təsərrüfatı və İnformasiya Sistemi) yaradılıb və operatorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Hər bir aidiyyatı qurumu bu sistemə qoşulub. Bu gələcəkdə təkmil uçot sistemi olacaq".

Son xəbərlər

Orphus sistemi