Nazir müavini: "Kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün əlverişli deyil"

Nazir müavini: "Kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün əlverişli deyil" Azərbaycanda mövcud kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün müxtəlif səbəblərə görə əlverişli deyil.
ASK
1 Fevral , 2023 10:48
 Nazir müavini: Kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün əlverişli deyil
İlhamə Qədimova

Azərbaycanda mövcud kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün müxtəlif səbəblərə görə əlverişli deyil.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, hazırda dövlətin maliyyə vəsaiti hesabına Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə müvəkkil kredit təşkilatları üzərindən kənd təsərrüfatı sektorunun güzəştli şərtlərlə maliyyələşməsi təmin olunur: "Eyni zamanda son illərdə aqrar sahəyə investisiya qoyuluşu, xüsusilə qeyri-dövlət mənbələri hesabına artıb. Bu sahəyə investisiya qoyuluşunda qeyri-dövlət mənbələrinin payı dövlət sektorunun payını üstələyib".

İ. Qədimova əlavə edib ki, aqrar-emal sahələrinə ayrılan kreditlərin əsas hissəsini dövlət büdcəsi hesabına verilən güzəştli kreditlər təşkil edir ki, bu da əsas etibarilə investisiya təyinatlı məqsədlərə yönəldilir: "Bunun müqabilində kənd təsərrüfatı məhsulları istehsalçılarının öz fəaliyyətlərini aqrotexniki normalara uyğun aparmaları üçün böyük həcmdə dövriyyə vəsaitlərinə ehtiyac var".

O vurğulayıb ki, işğal altında olan torpaqları azad edilməsi ölkədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb: “Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək. Hazırda azad olunmuş ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına da dəstək olacaq”.

Nazir müavini bildirib ki, aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək: “Bu baxımdan qarşıdakı illər üçün əsas məqsədlərimizdən biri də məhz işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır”.

Onun sözlərinə görə, forumun keçirilməsində əsas məqsəd aqrar biznes sektorunda inkişaf dinamikasını müəyyənləşdirmək, mövcud potensialı qiymətləndirmək, investisiya perspektivlərini və ən yaxşı təcrübələri bölüşmək, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanlarını müzakirə etmək, o cümlədən dəyər və təchizat zənciri iştirakçıları ilə mövcud tərəfdaşlığı daha da inkişaf etdirməkdir.

Son xəbərlər

Orphus sistemi