Nazir: “2020-ci ildə dünya kənd təsərrüfatından 52 mlrd. dollar gəlir əldə etmək olar”

Nazir: “2020-ci ildə dünya kənd təsərrüfatından 52 mlrd. dollar gəlir əldə etmək olar” Bakı. 10 dekabr. REPORT.AZ/ “Bu gün dünyada ərzaq məhsulları ilə təminat əsas məsələlərdən biridir”.
ASK
10 Dekabr , 2018 10:43
Nazir: “2020-ci ildə dünya kənd təsərrüfatından 52 mlrd. dollar gəlir əldə etmək olar”
Kənd Təsərrüfatı naziri İnam Kərimov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ “Bu gün dünyada ərzaq məhsulları ilə təminat əsas məsələlərdən biridir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumun (“AgTech and Green Energy”) açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

“Bu ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı sahəsinin ümumi daxili məhsulda payı 4,3 dəfə artıb. Baxmayaraq ki, Azərbaycan torpaq, su və iqlim məhdudiyyətləri ilə üz-üzədir. Aqrar sektorun inkişafı üçün innovasiyalar vacibdir. Çünki innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, innovasiyaların tətbiqi nəticəsində istehsalat xərcləri 20-30% azalır, məhsuldarlıq isə 20-30% artır ki, bu da istehsal olunan məhsulun maya dəyərinin 50%-ə qədər ucuzlaşması biləcəyi deməkdir". 

Son xəbərlər

Orphus sistemi