Naxçıvanın aqrar sektoru 4 %-dək böyüyüb
- 24 noyabr, 2022
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikanda 475 milyon 517,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu barədə “Report”a yerli Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 % çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 23 122 ton, süd istehsalı 81 908 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7 %, süd istehsalı isə 1,4 % artıb.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 9 milyard 728,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 % artaraq 470,8 min ton, süd istehsalı 1,6 % artaraq 1 milyon 837,6 min ton təşkil edib.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,2 % artaraq 5 milyard 304,2 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,1 % artaraq 4 milyard 424,5 milyon manata çatıb.