​Naxçıvanda torpaqların elektron qeydiyyata alınmasına başlanılıb

​Naxçıvanda torpaqların elektron qeydiyyata alınmasına başlanılıb Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin iş planına uyğun olaraq mütəxəssislərdən ibarət işçi qrupları yaradılıb
ASK
31 Oktyabr , 2015 09:56
​Naxçıvanda torpaqların elektron qeydiyyata alınmasına başlanılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi torpaqların yenidən ölçülərək elektron uçota alınmasına başlayıb.

"Report"un məlumatına görə, bu işlərin yerinə yetirilməsi üçün Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin iş planına uyğun olaraq mütəxəssislərdən ibarət işçi qrupları yaradılıb.

Görülən işin keyfiyyətlə yerinə yetirilməsi üçün işçi qrupları yüksək texniki göstəricilərə malik, müasir tipli GPS və elektron taxometrlərlə təmin olunublar. 

İlkin mərhələdə Babək rayonunun Babək qəsəbəsində həyətyanı torpaq sahələrinin uçota alınmasına başlanılıb. Qəsəbədə qeydiyyata alınmış 864 həyətyanı torpaq sahəsindən 129-u plana alınaraq yekunlaşdırılıb və əldə olunan materiallar məlumat bazasına yığılıb.

Hazırda rayonun Sirab kəndində həyətlərin planaalma işlərinə başlanılıb.

Həyətyanı torpaq sahələrinin uçota alınması Şərur, Sədərək, Kəngərli və Şahbuz rayonlarında da aparılacaq. 

Son xəbərlər

Orphus sistemi