​Səkkiz ildə Naxçıvanda taxıl əkənlərə 569 min 400 manat güzəştli şərtlərlə kreditlər verilib

​Səkkiz ildə Naxçıvanda taxıl əkənlərə 569 min 400 manat güzəştli şərtlərlə kreditlər verilib 2015-ci ildə muxtar respublikada 36 min 237 hektar sahədə taxıl əkini aparılıb
ASK
19 Yanvar , 2016 16:45
​Səkkiz ildə Naxçıvanda taxıl əkənlərə 569 min 400 manat güzəştli şərtlərlə kreditlər verilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında 2008-2015-ci illərdə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına taxıl əkini üzrə 76 investisiya layihəsinin maliyyələşdirilməsinə 569 min 400 manat güzəştli şərtlərlə kreditlər verilib.

Bu barədə "Report"a muxtar respublikanın Statistika Komitəsindən bildirilib.

Məlumata görə, taxılın vaxtında və itkisiz yığılması üzrə ötən dövr ərzində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 84 ədəd müxtəlif markalı kombayn alınıb və bunlardan 12 ədədi fermer və torpaq mülkiyyətçilərinə satılıb.

2015-ci ildə muxtar respublikada 36 min 237 hektar sahədə taxıl əkini aparılıb ki, bu da 2008-ci ildə əkilmiş sahədən 2795,8 hektar və ya 8,4 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi