Naxçıvanda heyvandarlıqla məşğul olanlara 1,1 milyon manatdan çox maliyyə ayrılıb

Naxçıvanda heyvandarlıqla məşğul olanlara 1,1 milyon manatdan çox maliyyə ayrılıb Naxçıvan Muxtar Respublikasında heyvandarlıqla məşğul olan sahibkarların fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə 2021-ci ilin 9 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 66 layihənin maliyyələşdirilməsinə 1 milyon 152 min manat dövlət maliyy
ASK
18 Noyabr , 2021 05:38
Naxçıvanda heyvandarlıqla məşğul olanlara 1,1 milyon manatdan çox maliyyə ayrılıb

2021-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasında heyvandarlıqla məşğul olan sahibkarların fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 66 layihənin maliyyələşdirilməsinə 1 milyon 152 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, cari ilin 9 ayı ərzində 41 heyvandarlıq təsərrüfatı yaradılıb, 14 heyvandarlıq təsərrüfatı genişləndirilib.

Heyvandarlıq təsərrüfatlarında 10 074 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 7 168 baş sağlam bala alınıb. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 426 baş, qoyun və keçilərin sayı 771 min 372 baş olub ki, bu da 1 oktyabr 2020-ci il tarixə olan göstəriciləri 2,9 və 2,1 faiz üstələyib.

Son xəbərlər

Orphus sistemi