Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilir.
“Report”un məlumatına görə, saat 11:00-da başlayan festivalda muxtar respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar arıçılıq məhsulları ilə iştirak edirlər.