Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı təsdiqlənib

Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı təsdiqlənib Bununla bağlı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb
ASK
29 Mart , 2021 12:06
Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı təsdiqlənib

Bu gün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “2021-2025-ci illərdə Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda deyilir:

Naxçıvanın İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Ali Məclisə məlumat versinlər.

D Ö V L Ə T P R O Q R A M I

1. Giriş

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Qəbul olunmuş dövlət proqramları aqrar sahədə məhsul istehsalının həcmini artırmış, əkin sahələri genişlənmiş, torpaq mülkiyyətçiləri, fermerlər və ailə təsərrüfatçıları formalaşmış, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Kənd təsərrüfatında məhsul istehsalının artması emal sənayesinin inkişafına da təkan vermiş, ixrac potensialı formalaşmışdır.

Yeni dövlət proqramı ötən dövrdə bu sahədə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir.

2. Proqramın məqsədi

Proqramın məqsədi aşağıdakılardan ibarətdir:

  • kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq;
  • kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq;
  • muxtar respublikada özünüməşğulluğu təmin etmək.

3. Gözlənilən nəticələr

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

  • kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması;
  • istehsal olunan məhsulların ixrac potensialının artırılması;
  • kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması.

4. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

5. Proqramın həyata keçirilməsi üzrə

T Ə D B İ R L Ə R P L A N I

Tədbirin adı

İcraçılar

İcra müddəti

5.1.

Rayonların sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025

5.2.

Kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025

5.3.

Məhsul istehsalının bazarın tələbatına uyğun planlaşdırılması, elektron uçot-informasiya sisteminin qurulması

Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025

5.4.

Yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, qarğıdalı yağı istehsalına başlanılması

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2021-2025

5.5.

Kompost gübrə istehsalı sahəsinin yaradılması

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2021-2025

5.6.

Qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025

5.7.

Emal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidinin və əmtəəlik göstəricilərinin yüksəldilməsi

İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

2021-2025

5.8.

Müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisə­lərinin qurulması, bu sahədə fəaliyyətin təşviq edilməsi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2021-2025

5.9.

Daxili bazarın tələbatının və ixrac imkanlarının təhlil edilməsi, yeni yaradılan müəssisələrin rentabellik göstəricilərinin müəyyənləşdiril­məsi

İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası

2021-2025

5.10.

Ailə təsərrüfatlarının ixrac­­yönümlü məhsul istehsalına təşviq edilməsi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025

5.11.

İxrac bazarları haqqında sahibkarlar və ailə təsərrüfatları­nın məlumat­landırıl­ması

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025

5.12.

İxracyönümlü məhsul istehsalçı­larına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələş­dirilməsi

İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi

2021-2025

5.13.

Kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması və xəritələşdiril­məsi istiqamətində tədbirlərin davam etdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti

Mütəmadi

5.14.

Xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndiril­məsi

İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025

5.15.

Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021-2025

5.16.

Dövlət Proqramının icrası barədə teleradio verilişləri və qəzet materiallarının hazırlanması

Muxtar respublikanın kütləvi informasiya vasitələri

Rübdə 1 dəfə

Son xəbərlər

Orphus sistemi