Naxçıvanda aqrar sektor 3% böyüyüb

Naxçıvanda aqrar sektor 3% böyüyüb Bu ilin I yarısında Naxçıvan MR-da kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 133,451 milyon manat təşkil edib.
ASK
13 İyul , 2019 08:43
Naxçıvanda aqrar sektor 3% böyüyüb

Bu ilin I yarısında Naxçıvan MR-da kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 133,451 milyon manat təşkil edib. 

"Report" xəbər verir ki, bu barədə yerli kənd təsərrüfatı naziri Bəhruz Bayramov məlumat verib. 

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur. 

O, qeyd edib ki, 1 iyul 2019-cu il tarixə muxtar respublikanın 87 kəndində mövcud olan ailə təsərrüfatlarında 5 min 997 baş mal-qara, 35 min baş xırdabuynuzlu heyvan, 8 min 712 baş quş, 4 min 700 arı ailəsi, 3 min 61 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, müxtəlif təyinatlı 32 kənd təsərrüfatı maşın və mexanizmi var.

Son xəbərlər

Orphus sistemi