Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək Kənd Təsərrüfatı Nazirliyi bu il Naxçıvanda aqrar innovasiya festivalı keçirəcək.
ASK
15 May , 2023 11:23
Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi bu il Naxçıvanda aqrar innovasiya festivalı keçirəcək.

"Report" xəbər verir ki, bunu nazirliyin sektor müdiri Toğrul Qafarbəyli bildirib.

"Nazirliyin Aqrar İnnovasiyalar Mərkəzi daima regionlarda festivallar keçirir. Bu festivallar aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətindədir. Festivallarda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalar təqdim edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi