Naxçıvanda 1454 təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib

Naxçıvanda 1454 təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib Naxçıvan Muxtar Respublikasında 1454 ev təsərrüfatına aid məlumatlar elektron sistemə daxil edilib.
ASK
12 Yanvar , 2023 19:22
Naxçıvanda 1454 təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib

Naxçıvan Muxtar Respublikasında 1454 ev təsərrüfatına aid məlumatlar elektron sistemə daxil edilib.

“Report”un Naxçıvan bürosunun məlumatına görə, muxtar respublikada ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirədə verilən tapşırıqların icrasına başlanılıb.

Proqram təminatı yerlərdə məlumatlar daxil ediləndən dərhal sonra hər bir yaşayış mənətəqəsi üzrə məlumatların ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa, onların aradan qaldırılmasına imkan verəcək.

Qeyd edək ki, Prezident Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq ötən ilin dekabrın 28-də Naxçıvanda məsələ ilə bağlı müşavirə keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər planı təsdiqlənib.

Tədbirlər planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah da formalaşdırılıb. Yanvarın 10-dan başlayaraq qərargahlar təsərrüfatbaşına uçot işinin təşkil üzrə məlumatların dürüstləşdirilməsinə və informasiya sisteminə işlənməsinə başlayıb. Hazırda muxtar respublikanın şəhər və rayonlarında bu istiqamətdə işlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi