Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində monitorinq qrupları yaradılıb

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində monitorinq qrupları yaradılıb Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində fitosanitar və epizootik istiqamətlər üzrə monitorinq qrupları yaradılıb.
ASK
24 May , 2023 12:44
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində monitorinq qrupları yaradılıb

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində fitosanitar və epizootik istiqamətlər üzrə monitorinq qrupları yaradılıb.

Bu barədə "Report"un yerli bürosuna nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, fitosanitar monitorinq qrupu Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin və rayon (şəhər) icra hakimiyyəti orqanlarının əməkdaşlarından ibarətdir.

Epizootik monitorinq qrupu isə Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin, o cümlədən rayon (şəhər) icra hakimiyyəti orqanlarının əməkdaşlarından təşkil edilib.

Monitorinqlər muxtar respublikanın fitosanitar və epizootik vəziyyətini müəyyən etməklə yanaşı, bitki və bitkiçilik məhsulları əkinlərinin qeydiyyatının aparılması, zərərli orqanizmlərin yayılma areallarının müəyyən edilməsi, heyvanların növlər üzrə baş sayının dəqiqləşdirilməsi və bu kimi məsələlər üzrə aparılır. Monitorinqlər Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün rayonlarını əhatə edir.

Həmçinin, zərərli orqanizmlər aşkar edilən meşəətrafı ərazilərdə Naxçıvan Fövqalədə Hallar Nazirliyinin texnikalarından istifadə edilməklə müvafiq mübarizə tədbirlərinin həyata keçirilməsi təmin edilir.

Kənd Təsərrüfatı Nazirliyində texniki işlərə dəstək göstərilməsi, sosial işçilərin təlimatlandırılması məqsədilə görüş keçirilib, bir qrup sosial işçi işə cəlb olunub.

Kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova işinə ciddi yanaşan, özünü nümunəvi işçi kimi göstərən sosial işçilərin gələcəkdə daimi işlə təmin olunacağını bildirib.

Tədbirdə işçi qruplarına əlavə tapşırıq və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi