​Naftalanda regionların inkişafına dair tədbir keçirilib

​Naftalanda regionların inkişafına dair tədbir keçirilib Tədbirdə Azərbaycanda regionların inkişafı Dövlət Proqramının icrası ilə bağlı tapşırıqlar müzakirə olunub
ASK
24 Fevral , 2015 15:28
​Naftalanda regionların inkişafına dair tədbir keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Naftalanda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda verilən tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Gənclər Fondu, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Regionların inkişafı Dövlət Proqramının icrasının birinci ili çərçivəsində görülən işlər və nəticələr barədə məlumat verib. S.Məmmədov tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlandığını və icrasına başlandığını vurğulayıb və bu tədbirlər barədə iştirakçılara məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulayıb. İ.Quliyev "Kənd təsərrüfatı ili" çərçivəsində görüləcək işlər barədə də məlumat verib.

Son xəbərlər

Orphus sistemi