Muxtar Babayev: "Azərbaycanda yağıntıların azalması məhsuldarlığa və məhsul yığımına təsir göstərib"

Muxtar Babayev: "Azərbaycanda yağıntıların azalması məhsuldarlığa və məhsul yığımına təsir göstərib" Azərbaycanda son illərdə yağıntıların azalması məhsuldarlığa və məhsul yığıma təsir göstərib.
ASK
1 Oktyabr , 2024 10:18
Muxtar Babayev: Azərbaycanda yağıntıların azalması məhsuldarlığa və məhsul yığımına təsir göstərib
Muxtar Babayev

Azərbaycanda son illərdə yağıntıların azalması məhsuldarlığa və məhsul yığımına təsir göstərib.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və ölkənin işçi qüvvəsinin üçdə birindən çoxu bu sahədə çalışır:

"Amma Azərbaycanda son illərdə yağıntılar orta hesabla demək olar ki, 10 % azalıb. Bu, məhsuldarlığa və məhsul yığımına təsir göstərib. Bunda başqa, unikal ekosistemi olan Xəzər dənizi quruyur. Xəzərdə su səviyyəsinin azalması dəniz və sahil ekosistemlərinə, həmçinin biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərib".

O əlavə edib ki, bu istiqamətdə tədbirlər görülməsə, bu dağıdıcı nəticələr bütün dünyada normaya çevriləcək:

"İqlim dəyişikliyi nəticəsində genişmiqyaslı quraqlıqların 100 dəfə daha tez-tez baş verməsinə səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə yüksəlməsinin daha 200 milyon insanın aclığına səbəb olacağı proqnozlaşdırılır. Bununla bütün ölkələrdə su və kənd təsərrüfatı sistemlərinə təzyiq artacaq".

Son xəbərlər

Orphus sistemi