Məmməd Musayev: "Azərbaycanın məqsədi daxili ərzaq bazarının idxaldan asılılığını maksimum azaltmaqdır"

Məmməd Musayev: "Azərbaycanın məqsədi daxili ərzaq bazarının idxaldan asılılığını maksimum azaltmaqdır" ASK prezidenti: "Tərəvəz, bostan, meyvə və giləmeyvə məhsulları 100% yerli istehsal hesabına təmin olunur"
ASK
24 Dekabr , 2014 11:58
Məmməd Musayev: Azərbaycanın məqsədi daxili ərzaq bazarının idxaldan asılılığını maksimum azaltmaqdır

Bakı. 24 dekabr. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2030-cu ilədək dünyada ərzaq istehsalının illik cəmi 9 mln. ton artacağını proqnozlaşdırır. Halbuki, bu rəqəm 1950-1985-ci illərdə 30 mln. ton, 1985-1995-ci illərdə isə 12 mln. ton olub. "Report"un məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) ərzaq təhlükəsizliyinin təşviqi ilə bağlı bu gün təşkil etdiyi tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev deyib. 

Onun sözlərinə görə, Azərbaycanda dövlət siyasətinin əsas istiqaməti daxili ərzaq bazarının idxaldan asılılığını maksimum azaldılmasından ibarətdir: “Son 10 ildə aqrar sahədə infrastrukturun yaxşılaşdırılması məqsədi ilə meliorativ tədbirlərə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına əsaslı kapital qoyuluşu 48 dəfəyə qədər artıb. Kənd təsərrüfatı sahəsində yaradılan əlavə dəyər üzrə isə 1,5 dəfə artım müşahidə edilib".

M.Musayev hesab edir ki, ölkənin bitkiçilik və heyvandarlıq məhsulları ilə özünü təmin etməsi səviyyəsi getdikcə yüksəlir: "Əgər 2007-ci ildə dənli bitkilərin 57%-i, ət məhsullarının isə 88,4%-i yerli istehsal hesabına təmin olunurdusa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 64% və 92%-ə çatıb. Tərəvəz, bostan, meyvə və giləmeyvə məhsulları 100% yerli istehsal hesabına təmin olunur. Paxlalıların 76,6%-i, kartofun 97,6%-i, üzümün 96,8%-i, heyvandarlıq məhsullarından isə ət 92%, yumurta 96,8% yerli istehsal hesabına təmin edilir".

Son xəbərlər

Orphus sistemi