Məcnun Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Məcnun Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
ASK
16 İyun , 2023 10:57
Məcnun Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul iyunun 20-də, saat 09:00-da Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında keçiriləcək.

Nazir Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Göygöl DAİM-ə (055-210-93-99) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Son xəbərlər

Orphus sistemi