Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib

Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Beyləqan, Bərdə, Göygöl, Xaçmaz, Xızı, İmişli, Quba, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Yardımlı və digər rayonlardan, eləcə də Bakı ş
ASK
26 Yanvar , 2024 16:28
Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Beyləqan, Bərdə, Göygöl, Xaçmaz, Xızı, İmişli, Quba, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Yardımlı və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub.

Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Siyəzən DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi