Məcnun Məmmədov Salyanda vətəndaşları qəbul edib

Məcnun Məmmədov Salyanda vətəndaşları qəbul edib Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Ağsu, Bərdə, Biləsuvar, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, İmişli, Laçın, Lənkəran, Neftçala, Sabirabad, Salyan və digər rayonlardan, eləcə də Bakı və Sumqayıt şə
ASK
22 Dekabr , 2023 15:18
Məcnun Məmmədov Salyanda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Ağsu, Bərdə, Biləsuvar, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, İmişli, Laçın, Lənkəran, Neftçala, Sabirabad, Salyan və digər rayonlardan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda müraciətlər əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlər verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub.

Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi