Məcnun Məmmədov Göygöldə vətəndaşları qəbul edib

Məcnun Məmmədov Göygöldə vətəndaşları qəbul edib Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib.
ASK
20 İyun , 2023 15:23
Məcnun Məmmədov Göygöldə vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, qəbul qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilib. Vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəzlənib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi