Məcnun Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək Mayın 12-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASK
8 may 2023 05:34
Məcnun Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək

Mayın 12-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Göyçay Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-381-73-38) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Orphus sistemi