Masallıda fermerlər üçün heyvan xəstəliklərinə dair seminar keçirilib

Masallıda fermerlər üçün heyvan xəstəliklərinə dair seminar keçirilib Seminar bu sahədə alim və mütəxəssislər tərəfindən fermer-sahibkarlara yeni bilgilərin verilməsi məqsədilə təşkil edilib
ASK
29 Dekabr , 2016 10:45
Masallıda fermerlər üçün heyvan xəstəliklərinə dair seminar keçirilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallı rayonunda fermerlər üçün “Heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi-praktiki seminar keçirilib. Bu barədə "Report"a nazirlikdən bildirilib. 

Məlumata görə, bu sahədə alim və mütəxəssislər tərəfindən fermer-sahibkarlara yeni bilgilərin verilməsi məqsədilə təşkil edilib.

Tədbirdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Quşların infeksion xəstəlikləri və onlara qarşı aparılan profilaktik tədbirlər”, “Heyvanların və quşların parazitar xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında aparılan elmi tədqiqat, praktiki işlər və təsərrüfatlara köməyi barədə ətraflı məlumat verib. 

Seminarda dövlət xidmətinin əməkdaşları aqrar sahədə informasiya-məsləhət xidmətinin rolu barədə fermerləri məlumatlandırıb.

Seminardan sonra iştirakçılar Masallı rayon heyvandarlıq kompleksində olublar.

Son xəbərlər

Orphus sistemi