Macarıstan Azərbaycana iribuynuzlu qaramal ixracını 7 dəfəyədək artırıb

ASK
  • 08 avqust, 2022
  • 05:57
Macarıstan Azərbaycana iribuynuzlu qaramal ixracını 7 dəfəyədək artırıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycana xaricdən 6,346 milyon ABŞ dolları dəyərində 2 min 125 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 65 % artıb.

Hesabat dövründə Estoniyadan 1,98 milyon ABŞ dolları dəyərində 623 ədəd (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 1,677 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 15,6 % azalıb) 529 ədəd (-12 %), Almaniyadan 1,169 milyon ABŞ dolları dəyərində (+49,3 %) 420 ədəd (+61,5 %), Macarıstandan 1,146 milyon ABŞ dolları dəyərində (+6,1 dəfə) 432 ədəd (+6,8 dəfə), Türkiyədən 253 min ABŞ dolları dəyərində (-68,3 %) 90 ədəd (-60 %), Çexiyadan 117,82 min ABŞ dolları dəyərində (+18,5 %) 31 ədəd (dəyişməyib) iribuynuzlu ev heyvanı alınıb.

Qeyd edək ki, ötən il ölkəyə xaricdən (7 ölkədən) gətirilən 5 min 190 ədəd iribuynuzlu ev heyvanının (düyə, inək və digərləri) 50,8 %-i Avstriyanın, 33,4 %-i Almaniyanın payına düşüb.