Litva kənd təsərrüfatı üzrə qabaqcıl təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır

Litva kənd təsərrüfatı üzrə qabaqcıl təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır "Litva kənd təsərrüfatı sahəsində malik olduğu qabaqcıl təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır".
ASK
9 Fevral , 2023 12:34
Litva kənd təsərrüfatı üzrə qabaqcıl təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır

"Litva kənd təsərrüfatı sahəsində malik olduğu qabaqcıl təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır".

“Report” xəbər verir ki, bunu Litvanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən tvininq layihəsinin rəhbəri Sergejus Fedotovas deyib.

Onun sözlərinə görə, hazırda ərzaq təhlükəsizliyi sahəsində çoxlu çağırışlar var.

"Biz malik olduğumuz təcrübəni bölüşürük. Qabaqcıl təcrübəni bundan sonra da Azərbaycan ilə bölüşməyə hazırıq", - S.Fedotovas bildirib.

Qeyd edək ki, Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” ilə bağlı tvininq layihəsinə yekun vurulub.

Son xəbərlər

Orphus sistemi