Latviya parlamentinin sədri Dayqa Mierinya yaxın günlərdə Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, bunu Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Romans Naudinş Bakıda keçirilən Azərbaycan-Latviya Biznes Forumunda deyib.
O qeyd edib ki, Latviya parlamentinin rəhbəri Azərbaycanla əlaqələri prioritet hesab edir:
“Düşünürük ki, bu səfər də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək”.
Latviya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır və bu çərçivədə Azərbaycanda birgə müəssisələrin yaradılması istisna edilmir:
“Bu, digər ölkələrə, o cümlədən Latviyaya Azərbaycanı inkişaf mərkəzi hesab etməyə və Latviya şirkətlərinə bu ölkədə biznes fəaliyyətini aktivləşdirməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan şirkətlərinin Latviyada fəaliyyətlərini inkişaf etdirməsini təklif edirik. Latviyada yaradılan müəssisələr üçün Avropa Fondunun vəsaitindən istifadə etmək olar və istehsal olunan məhsullar Avropa İttifaqına ixrac edilə bilər”.
R.Naudinş Azərbaycanın ərazi bütövlüyünün bərpası və ərazilərin azad edilməsi münasibətilə təbriklərini çatdırıb və bunu “böyük geosiyasi uğur” adlandırıb.