KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib Bakı. 18 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrikada səfərdədir.
ASK
18 Fevral , 2019 17:55
KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

Bakı. 18 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrikada səfərdədir.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, səfərdə məqsəd bu ölkənin heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir. Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və “Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.

Son xəbərlər

Orphus sistemi