Komitə sədri: "Aqrar sektorun inkişafına elmi yanaşma olmalıdır"
- 06 iyun, 2022
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
"Aqrar sektorun inkişafına elmi yanaşma olmalıdır".
“Report”un məlumatına görə, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu gün kənd təsərrüfatı sahəsində kadrlar azdır: “Kənd təsərrüfatı sektorunda elmi yanaşma olsaydı, bu gün hər hektar torpaqdan 32 ton taxıl yox, 40-50 sentner götürərdik”.
T.Rzayev deyib ki, Azərbaycan bütün toxumları xaricdən alır: ”Açıq demək lazımdır ki, bunun çoxu da keyfiyyətsiz olur”.
Sonda komitə sədri son illər suvarma sahəsində xeyli irəliləyişlərin olduğunuda qeyd edib.