Kolumbiyadan Azərbaycana banan tədarükü bərpa edilib
- 21 noyabr, 2022
- 13:23
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xaricdən 29,278 milyon ABŞ dolları dəyərində 40 min 946 ton banan gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,8 %, kəmiyyət olaraq – 7,8 % çoxdur.
Hesabat dövründə Ekvadordan 29,26 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,7 % çoxdur) 40 min 944 ton (+7,8 %), Tailanddan 11,59 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Filippindən 6,11 min ABŞ dolları dəyərində (+2 dəfə) 1,05 ton (+2 dəfə), Vyetnamdan 0,26 min ABŞ dolları dəyərində 0,04 ton, Kolumbiyadan 0,24 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan tədarük həyata keçirilib. Üç il 5 aylıq fasilənin ardından Kolumbiyadan banan idxalı bərpa edilib.