KOBİA üzüm və şərab məhsulları istehsalçıları ilə onlayn görüş keçirib

KOBİA üzüm və şərab məhsulları istehsalçıları ilə onlayn görüş keçirib Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti sahəvi görüş üzüm və şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə təşkil olunub
ASK
20 May , 2021 17:45
KOBİA üzüm və şərab məhsulları istehsalçıları ilə onlayn görüş keçirib

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti sahəvi görüş üzüm və şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə təşkil olunub.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, ötən gün Agentliyin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin, eləcə də Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri və 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. Üzüm və şərab istehsalı sahəsi üzrə mövcud vəziyyətin öyrənilməsi məqsədilə təşkil olunmuş onlayn görüşdə üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi, istehsalın təşviqi mexanizmi, bu məhsulların xarici bazarlara çıxarılması məsələləri müzakirə edilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi