“Kənddən Şəhərə” Yeni il yarmarkaları 2 həftə fasiləsiz fəaliyyət göstərəcək

“Kənddən Şəhərə” Yeni il yarmarkaları 2 həftə fasiləsiz fəaliyyət göstərəcək Kənd Təsərrüfatı Nazirliyi 17-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil edəcək.
ASK
15 Dekabr , 2022 14:45
“Kənddən Şəhərə” Yeni il yarmarkaları 2 həftə fasiləsiz fəaliyyət göstərəcək

Kənd Təsərrüfatı Nazirliyi 17-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, yarmarkalar Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) və Xırdalan şəhərinin Heydər Əliyev prospekti, 41A ünvanında baş tutacaq.

Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

“Kənddən Şəhərə” Yeni il yarmarkasının təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır. Yarmarkalarında iştirak oənişsizdir. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla təmin olunacaq. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə loqistika dəstəyi göstəriləcək.

Yarmarkalardakı məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Son xəbərlər

Orphus sistemi