Kənd təsərrüfatı sektoru üçün innovasiyalar ətraf mühitə zərər verməməli və tətbiq üçün əlçatan olmalıdır

Kənd təsərrüfatı sektoru üçün innovasiyalar ətraf mühitə zərər verməməli və tətbiq üçün əlçatan olmalıdır “İnnovativ texnologiyalar, onların inkişafı və tətbiqi ətraf mühitə mənfi təsir göstərməmək üçün diqqətli yanaşma tələb edir”.
ASK
13 Fevral , 2023 13:37
Kənd təsərrüfatı sektoru üçün innovasiyalar ətraf mühitə zərər verməməli və tətbiq üçün əlçatan olmalıdır

“İnnovativ texnologiyalar, onların inkişafı və tətbiqi ətraf mühitə mənfi təsir göstərməmək üçün diqqətli yanaşma tələb edir”.

“Report” xəbər verir ki, bunu İsrailin “Frontier innovation center” mərkəzinin baş direktoru David Leon “Kənd təsərrüfatı və təhsil” mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

“İnnovativ texnologiyalar yaradılarkən müvafiq qurumlarla elə əlaqələr saxlamaq lazımdır ki, onlar ətraf mühitə zərər verməsin”, - o bildirib.

Onun sözlərinə görə, bu gün kənd təsərrüfatı sahəsində çox mürəkkəb texnologiyalardan istifadə olunur: “Buna görə də onların praktiki tətbiqi kifayət qədər çətindir. Bu məsələ iqlim dəyişikliyi ilə daha da qəlizləşir. Bütün bunlar innovativ texnologiyaların yaradılması zamanı nəzərə alınmalıdır”.

D.Leon vurğulayıb ki, İsraildə kənd təsərrüfatı üçün texnologiyaların inkişafına həm biznes səviyyəsində, həm də hökumət səviyyəsində əhəmiyyətli investisiyalar ayrılır.

Son xəbərlər

Orphus sistemi