Kənd Təsərrüfatı Nazirliyinin yeni binasında 500-ə yaxın əməkdaş işləyəcək

Kənd Təsərrüfatı Nazirliyinin yeni binasında 500-ə yaxın əməkdaş işləyəcək Prezident İlham Əliyevin iştirakı ilə bu gün açılışı olmuş Kənd Təsərrüfatı Nazirliyinin yeni binası nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla
ASK
6 İyun , 2023 14:05
Kənd Təsərrüfatı Nazirliyinin yeni binasında  500-ə yaxın əməkdaş işləyəcək

Prezident İlham Əliyevin iştirakı ilə bu gün açılışı olmuş Kənd Təsərrüfatı Nazirliyinin yeni binası nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

"Report" xəbər verir ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var.

Ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.

Son xəbərlər

Orphus sistemi