Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bu günə qədər fermerlərə 210 mln. manat güzəştli kredit verilib

Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bu günə qədər fermerlərə 210 mln. manat güzəştli kredit verilib Bakı. 18 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə bu il 41 rayondan olan 151 fermerə 10 mln. manat güzəştli kredit verilib.
ASK
18 Dekabr , 2018 13:13
Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bu günə qədər fermerlərə 210 mln. manat güzəştli kredit verilib
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə bu il 41 rayondan olan 151 fermerə 10 mln. manat güzəştli kredit verilib.

“Report” xəbər verir ki, bu barədə xidmətin rəisi Mirzə Əliyev 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bununla da, rəhbərlik etdiyi qurumun 2007-ci ildən bəri kredit verdiyi fermerlərin sayı 22 minə, kreditlərin ümumi məbləği isə 210 mln. manata çatıb.

“Bu il dövlət xidmətinin xətti ilə kredit alanlardan 84-ü heyvandarlıq, 19-u isə bağçılıqla məşğul olur. Kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı və 19 kredit ittifaqı arasında bölüşdürülüb. Bundan başqa, xidmət 20 layihənin icrasına qərar verib. Bunlardan 13-ü icra olunmaqdadır, 7-nin isə icrasına yaxın vaxtlarda başlanacaq”, - deyə M.Əliyev bildirib.

Onun sözlərinə görə, dövlət xidməti sağlam kredit təşkilatları ilə əməkdaşlıq etməkdə, eləcə də fermerlərin maliyyələşdirilməsi prosesinin sadə olmasında maraqlıdır: “Kredit üçün tələb olunan sənədlərin sayını əhəmiyyətli dərəcədə azaltmışıq. Girovla bağlı tələbi xidmət deyil, müvəkkil kredit təşkilatları irəli sürür. Amma çalışırıq ki, bu istiqamətdə də nə isə edək”. 

Son xəbərlər

Orphus sistemi