Yuxarı

​Kənd Təsərrüfatı Nazirliyinin saytı yenilənib

Saytda bir çox dəyişikliklər edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin saytı (http://agro.gov.az/#) yeni formatda və dizaynda işlənərək təqdim edilib. "Report" xəbər verir ki, saytda dizayn yeniliklərilə yanaşı, bir sıra yeni bölmələr də yaradılıb. Saytda kənd təsərrüfatının seqmentləri üzrə bölmələri aydın şəkildə qeyd edilib.

Saytda ən yeni və mühüm bölmə "Bazar məlumatları"dır. Burada rayon və şəhərlər üzrə kənd təsərüraftı məhsullarının satış bazarları göstərilir. Bu, fermerlərin öz məhsullarını bazara çıxararkən mövcud digər bazarlardakı qiymətlərdən xəbərdar olmalarını nəzərdə tutur. Bundan başqa, saytda Bakı da daxil olmaqla, regionlar üzrə hava proqnozunu görmək mümkündür.

Saytda ənənəvi bitkiçilik, heyvandarlıq və kənd təsərüraftı texnikası bölmələri daha geniş şəkildə təqdim edilib. Yeni sayt vasitəsilə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının və beynəlxalq təşkilatların saytlarına da rahat şəkildə keçid etmək mümkündür. Nazirlik "facebook" və "twitter" kimi sosial şəbəkələrdə də geniş yer almaq niyyətindədir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev "Report"a bildirib ki, sayt üzərində bir ildən çoxdur iş gedir və bu gün ilk dəfədir yenilənib: "Saytın, o cümlədən "1652" nömrəli Çağrı Mərkəzinin üzərində təkmilləşmə işləri aparılır. Yaxın vaxtlarda onların təqdimatı keçiriləcək".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi