Kənd Təsərrüfatı Nazirliyi Apellyasiya Şurasının ilk iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Apellyasiya Şurasının ilk iclası keçirilib İclasda sahibkarların müraciətlərinə operativ şəkildə baxılmasının zəruriliyi barədə müzakirələr aparılıb
ASK
2 Mart , 2016 11:23
Kənd Təsərrüfatı Nazirliyi Apellyasiya Şurasının ilk iclası keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib. Nazirlikdən "Report"a verilən məlumata görə, Apellyasiya Şurasının sədri, nazir müavini İlham Quliyev kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən Şuraya daxil olan müraciətlərə operativ şəkildə baxılmasında qarşıda duran vəzifələr barədə danışıb.

Qeyd edilib ki, Apellyasiya Şurasının və onun Katibliyinin fəaliyyətinin effektiv qurulması, fermer və sahibkarların müraciətlərinə baxılmasında səmərəliliyin təmin edilməsi və Şurada baxılacaq şikayətlərin məzmun üzrə təsnifatlaşdırılması meyarlarının müəyyən olunması üçün şuranın hər bir üzvü səy göstərməlidir. Eyni zamanda, təşkilati tədbirlərin həyata keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi