Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub Nazirliyə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru dəyişib
ASK
26 Aprel , 2021 11:39
Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, onun köhnə vəzifəsi isə Fəda Abbasova həvalə olunub.

Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.

Son xəbərlər

Orphus sistemi