Yuxarı
    Bağlamaq

    Kənd Təsərrüfatı Nazirliyi yeni laboratoriya avadanlıqları alacaq

    Bu məqsədlə Nazirlik tender elan edib

    Bakı. 2 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi aqrokimya laboratoriyaları üçün tələb olunan avadanlıqların satın alınması və quraşdırılması məqsədilə açıq tender elan edib.

    "Report"un "Xalq qəzeti"nə istinadən verdiyi xəbərə görə, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün yazılı müraciət, tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi, tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı təqdim etməlidir.

    İddiaçılar tenderdə iştirak etmək üçün tələb edilən sənədləri sentyabrın 5-dək, tender təklifləri və zəmanət sənədlərini isə sentyabrın 14-dək Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi,80 ünvanında yerləşən Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidir. Tender proseduru isə sentyabrın 15-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi