​Kənd Təsərrüfatı Nazirliyi tender keçirir

​Kənd Təsərrüfatı Nazirliyi tender keçirir Baytarlıq Laboratoriyası üçün avadanlıqların alınması və quraşdırılması tələb olunur
ASK
19 Mart , 2015 16:02
​Kənd Təsərrüfatı Nazirliyi tender keçirir

Bakı. 19 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Respublika Baytarlıq Laboratoriyası üçün tələb olunan avadanlıqların alınması və quraşdırılması üçün malların alınması məqsədilə açıq tender elan edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, qurum potensial iddiaçıları Respublika Baytarlıq Laboratoriyasının yarma otağı, nümunə otağı (serologiya, virusologiya, quduzluq, bakterioloji, parazitologiya, kimya toksikologiya, metal analizləri, radiologiya məqsədli cihazlar və avadanlıqlar) üçün lazım olan avadanlıqlar, dopinq analizi, DNT analizi, dioksin analizi üçün tələb olunan cihazlar və avadanlıqların təchizatı və quraşdırılması üçün öz təkliflərini təqdim etməyə dəvət edir. Avadanlıqların geniş təsviri və sayı tender sənədlərində əks olunub.

Tender təkliflərinin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə (sifarişçilərdən yazılı təsdiqlə birlikdə), maliyyə vəziyyəti, tələb olunan vaxtda çatdırılma və quraşdırılma, avadanlıqların istifadəsi üzrə təlimin keçirilməsi üçün lazımi ixtisaslı işçi heyətinin mövcudluğu (tərcümeyi hal və heyətin təcrübəsini sübut edən sənədlər) və s. meyarlara üstünlük veriləcək.

Sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) aprelin 28-dək, tender təklifi və təklifin təminatı isə mayın 7-dək Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməlidir.

Təkliflər Tender Komissiyası tərəfindən iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə mayın 8-də açılacaq. 

Son xəbərlər

Orphus sistemi