Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramında Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək

Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramında Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək Bakı. 7 avqust. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyi avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar ciddi tədbirlər həyata keçirir”.
ASK
7 Avqust , 2018 11:45
Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramında Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək

Bakı. 7 avqust. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyi avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar ciddi tədbirlər həyata keçirir”.

“Report” xəbər verir ki, bunu nazir müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bayramda ət kəsiminin həvalə edildiyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək: “Nazirlik tabeçiliyində olan təsərrüfatlardan imkan daxilində erkək heyvanların bazara çıxarılmasına, orada formalaşacaq işçi qrupunda nümayəndələrimizin iştirakının təmin edilməsinə çalışacaq. 

Bundan əlavə, müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək". 

Son xəbərlər

Orphus sistemi