Kənd Təsərrüfatı Nazirliyi ölkədə “ağıllı istixanalar” quraşdırır

Kənd Təsərrüfatı Nazirliyi ölkədə “ağıllı istixanalar” quraşdırır Bakı. 28 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi ölkədə 7 ədəd ən müasir “ağıllı istixanalar” quraşdırır.
ASK
28 Avqust , 2018 10:42
Kənd Təsərrüfatı Nazirliyi ölkədə “ağıllı istixanalar” quraşdırır
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi ölkədə 7 ədəd ən müasir “ağıllı istixanalar” quraşdırır.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

Onun sözlərinə görə, tərəvəz, bostan bitkilərinin hibrid toxumların istehsalı ilə əlaqədar olaraq nazirlik İsrail ilə əməkdaşlığa başlayıb : "Əməkdaşlıq çərçivəsində institutun 6.14 hektar sahəsində 7 ədəd ən müasir “ağıllı istixanalar”ın quraşdırılması yekunlaşmaq üzrədir. Həmçinin, açıq sahədə becərilən tərəvəzlərin yeni sortlarının yaradılması, toxumçuluğun təşkili üçün 30 hektar ərazidə damla suvarma və yağmurlama sistemləri qurulur. Layihə çərçivəsində Cənubi Qafqazda ilk dəfə tərəvəz toxumu emalı müəssisəsi yaradılıb".

Son xəbərlər

Orphus sistemi