​Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

​Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır Gəncədə bu məqsədlə əmək yarmarkası keçiriləcək
ASK
5 May , 2015 10:47
​Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanda 2015-ci il - "Kənd təsərrüfatı ili" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən birlikdə “Zaman bacarıqlı gənc mütəxəssislər tələb edir” adlı əmək yarmarkası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əmək yarmarkası mayın 7-də Gəncə şəhəri, Ozan küçəsi,102, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq tədris binasında təşkil olunacaq. Əmək yarmarkasına Bakı və Azərbaycanın müxtəlif bölgələrindən olan təşkilatlar, müəssisələr müxtəlif ixtisaslar üzrə kənd təsərrüfatı mütəxəssislərinə olan tələbat barədə məlumat təqdim ediblər. Şirkətlərin tələbatı olan mütəxəssislər əsasən baytar həkimi, zoomühəndis, aqronom, mühəndis mexanik, qida texnoloqu, meliorator və aqrotexnikdir. 

Son xəbərlər

Orphus sistemi