Kənd Təsərrüfatı Nazirliyi: Fermerlərin dizellə bağlı artan xərci öyrənilib

Kənd Təsərrüfatı Nazirliyi: Fermerlərin dizellə bağlı artan xərci öyrənilib "Hər hektara görə 240 manat verilir"
ASK
121
12 Mart , 2021 16:57
Kənd Təsərrüfatı Nazirliyi: Fermerlərin dizellə bağlı artan xərci öyrənilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası əkin subsidiyası əmsallarını artırmazdan əvvəl fermerlərin dizel yanacağının bahalaşması ilə bağlı artan xərcini öyrənib.

“Report” xəbər verir ki, bunu Şuranın son qərarını şərh edən Nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

“Əmsalların artırılmasına uyğun olaraq, hər bir növü üzrə 1 hektara düşən subsidiyanın məbləği 20 manatdan 40 manata çatdırılır. Əgər 2020-ci ilin dekabr ayında təsdiq edilmiş buğda üçün əkin əmsalı 1 idisə, yəni hər hektara 200 manat verilirdisə, yeni əmsal 1,2-dir, yəni hər hektara görə 240 manat verilir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi