Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin seçilməsi ilə bağlı təsis iclası keçirilib.
ASK
115
30 Mart , 2019 10:19
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin seçilməsi ilə bağlı təsis iclası keçirilib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, iclasa sədrlik edən nazir müavini Seyfəddin Talıbov həmkarlar ittifaqı komitələrinin cəmiyyətdəki rolu, yeni formalaşdırılan qurumun məqsəd və vəzifələri barədə məlumat verib.

İclasda təşkilati məsələlərə baxılıb, 7 nəfərdən ibarət İdarə Heyətinin, o cümlədən 3 nəfərdən ibarət təftiş komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin baş məsləhətçisi Fuad Məmmədov Həmkarlar İttifaqı Komitəsinin sədri, İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov isə Komitənin sədr müavini seçilib.

İclasda çıxış edənlər həmkarlar ittifaqı komitələrinin əmək münasibətlərinin tənzimlənməsində rolu, işçilərin əmək hüquqlarının qorunması, iqtisadi və sosial mənafelərinin təmin olunmasında əhəmiyyətindən bəhs ediblər.

Son xəbərlər

Orphus sistemi